Xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarına başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər naziri Vadim Pristaykoya İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsində həyatını itirənlərlə əlaqədar başsağlığı verib.

1337018

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, nazir Çavuşoğlu ukraynalı həmkarı Pristaykoya telefonla zəng edərək, düşən təyyarədə həyatını itirənlərə görə başsağlığı verib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. 

Әlaqәli Xәbәrlәr