Türkiyə Ukrayna və İran hökumətlərinə başsağlığı verdi

Türkiyə, Ukrayna Hava yollarına aid sərnişin təyyarəsinin İranda qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə, Ukrayna və İran xalqları ilə hökumətlərinə başsağlığı verdi.

1337144
Türkiyə Ukrayna və İran hökumətlərinə başsağlığı verdi

Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyənin Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin Tehran-Kiyev reysi icra etdiyi əsnada uçuşundan qısa müddət sonra qəzaya uğradığı xəbərini kədərlə öyrəndiyi bildirilib. Nazirliyin şərhində: “Qorxunc qəzada həyatını itirənlərin ailələri, dost Ukrayna və İran xalqlarıyla hər iki ölkənin hökumətlərinə başsağlığı veririk”.



Әlaqәli Xәbәrlәr