Mövlud Çavuşoğlu italyan həmkarı ilə görüş keçirəcək

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Luigi Di Maio Türkiyəyə səfərə gələcək.

1336442
Mövlud Çavuşoğlu italyan həmkarı ilə görüş keçirəcək

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Luigi Di Maio Türkiyəyə səfərə gələcək.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun italyan həmkarı ilə bu gün axşam İstanbulda görüş keçirəcəyi gözlənilir.

Görüş zamanı ikitərəfli əlaqələr və Liviya başda olmaqla regional və beynəlxalq mövzular müzakirə olunacaq.

Sentyabr ayında vəzifəsinin icrasına başlayan Di Maio bununla da Türkiyəyə ilk səfərini reallaşdıracaq.



Әlaqәli Xәbәrlәr