"Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır", R.T.

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasındakı gərginliyin İraq üzərindən artmasından narahat olduğunu bildirib.

1335049
"Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır", R.T.

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasındakı gərginliyin İraq üzərindən artmasından narahat olduğunu bildirib.

 Prezident Ərdoğan özəl bir televiziya kanallarından birinə gündəmlə bağlı açıqlamalar verib.

 Ərdoğan iranlı general Qasım Süleymaninin ABŞ əməliyyatında "İraqda mənalı bir şəkildə öldürülməsinin yaratdığı risklərin həm İraqın, həm də bölgənin təhlükəsizliyi üçün narahatlıq doğurduğunu söyləyib.

 Gərginliyin azaldılması üçün Türkiyə olaraq cəhd göstərdiklərini qeyd edən prezident başda İran və iraqlı liderlərlə olmaqla, keçirdiyi görüşlərdə etidal tövsiyə etdiyini bildirib.

 Prezident Ərdoğan Türkiyə olaraq xarici müdaxilələrin hər zaman əleyhinə olduqlarını, Süleymani hadisəsinə da belə baxdıqlarını söyləyib.

 Ərdoğan əməliyyatın keçirildiyi cümə axşamı günü ABŞ prezidenti Donald Trump ilə telefonda danışdıqlarını xatırladaraq, "İranla gərginliyin artmaması üçün tövsiyə etdim. 4-5 saat sonra bu hadisə baş verdi" deyib.

 "ABŞ-la İran arasında gərginlik şəraitində İraqın münaqişə zonasına çevrilməsi regiona zərər verəcək. Vəziyyət belə olmadan nəzarət altına alınmalıdır."  deyə bildirən Ərdoğan 8 yanvarda Türkiyəyə gələcək olan Rusiya dövlət başçısı Vladimir Putin ilə regional və ikitərəfli bütün vəziyyəti qiymətləndirəcəklərini qeyd edib.

Prezident "Düşünürəm ki, bir dövlətin, bir ölkənin ən yüksək səviyyəsindəki bir komandirin öldürülməsi cavabsız buraxılmaz" deyə xəbərdarlıq edib.

 "Türkiyə hərbçiləri qanuni hökumətin (Liviyada) təhlükəsizliyini təmin etmək üçün tədricən göndərilməyə başlayıblar" deyə Ərdoğan bildirib.



Әlaqәli Xәbәrlәr