"200-250 min qaçqın Türkiyə sərhədi istiqamətində irəliləyir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 200-250 min qaçqının Türkiyə sərhədi istiqamətində irəlilədiyini söyləyib.

1333560
"200-250 min qaçqın Türkiyə sərhədi istiqamətində irəliləyir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan 200-250 min qaçqının Türkiyə sərhədi istiqamətində irəlilədiyini söyləyib.

Prezident İqamətgahında keçirilən “Şəhər və Təhlükəsizlik simpoziumu”nda çıxış edən Ərdoğan Suriyanın İdlib şəhərində baş verən hadisələrə toxunaraq deyib:

“200-250 min qaçqın Türkiyə sərhədi istiqamətində irəliləyir. Bir sıra tədbirlərlə buna mane olmağa cəhd göstəririk, lakin iş asan deyil, çətindir, qarşınızda insan var. Öz insanınıza və sizə sığınanlara verdiyiniz qiymət qədər təhlükəsiz şəraitdə yaşaya bilərsiniz. Türkiyə 81 vilayətinə dağılmış 4 milyonu suriyalı olmaqla 5 milyondan artıq insana qucağını açarkən öz şəhərlərində xariciləri görmək istəməyənlərin insani dəyərlərə nə qədər həssas yanaşdıqlarına inanmaq  çox çətindir.”

Avropa ölkələrində təhlükəsizlik problemlərinə də toxunan Ərdoğan bunu da deyib ki, açıq-aşkar deyirəm, inanın bunlar yaxşı günləridir. Bunları daha ciddi müsibətlər gözləyir. Nə üçün? Təhlükəsizlik problemini təhdid edən nə qədər narkotik hadisəsi varsa bütün bunların baronları bizdəki terror təşkilatları ilə birlikdə işləyirlər.

Avropada davam edən nümayişlərlə əlaqədar təhlükəsizlik tədbirlərinə də diqqət çəkən Ərdoğan “Guya nizam-intizam və azadlıq simvolu sayılan qərb şəhərləri bir anda açıq hava həbsxanalarına çevrildi” deyə bildirib.



Әlaqәli Xәbәrlәr