Türkiyə və rəsmiləri Moqadişuda törədilən hadisəni kəskin şəkildə qınadılar

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə...

1331201
Türkiyə və rəsmiləri Moqadişuda törədilən hadisəni kəskin şəkildə qınadılar

 

  Türkiyə dekabrın 28-də Somalinin paytaxtı Moqadişuda bomba yüklü maşınla törədilən terror hücumunu kəskin şəkildə qınadı və lənətlədi.

  Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, Moqadişuda törədilən, aralarında iki Türkiyə vətəndaşının da olduğu, çox sayda adamın ölümünə səbəb olan bu terror hücumunu şiddətlə qınayır.

  Hücumda həyatlarını itirən vətəndaşlarımızın ailələrinə, qardaş Somali xalqına və hökumətinə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

  Yaralanan Somali vətəndaşlarını müalicə üçün Türkiyəyə gətirməyə gedən hərbi təyyarə Moqadişuya çatıb.  

  Terrorla mübarizə beynəlxalq əməkdaşlıqla mümkündür. Bu hücumda iki vətəndaşı terrora qurban gedən Türkiyə Somalidə sülh və sabitliyin tezliklə təsisi və ölkənin inkişafa qovuşması üçün bu günə qədərki dəstəyini yenə qətiliklə davam etdirəcək, qardaş Somali xalqı və hökumətinin yanında olacaq."

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somalinin paytaxtı Moqadişuda baş verən bu terror hücumunu qınayıb və “twitter” hesabından etdiyi paylaşmada bildirib: "Hücumda həyatını itirən iki vətəndaşımıza və somalili qardaşlarıma Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Türkiyə və qardaş Somali xalqına başsağlıqlarımı çatdırıram. Biz hər zaman Somalinin yanındayıq."

  Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop hücumla əlaqədar: "Bu ağrılı hadisə Türkiyənin terrorla mübarizədə haqlı olduğunu göstərir", - deyib.

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözcüsü Ömər Çelik də başsağlığınl çatdıraraq “Hər zaman Somalinin yanındayıq” mesajını verib.

  Türkiyə Milli Müdafiə Nazirliyi də terror hücumunu kəskin şəkildə qınayıb.



Әlaqәli Xәbәrlәr