Türkiyə tibbi briqadasını terror hadisəsinin baş verdiyi bölgəyə yolladı

Türkiyə Milli Müdafiə Nazirliyi saytında yazılana görə...

1331267
Türkiyə tibbi briqadasını terror hadisəsinin baş verdiyi bölgəyə yolladı

 

  Türkiyə hökuməti Somalidə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində törədilən terror aktı nəticəsində zərərçəkənlərə kömək məqsədilə paytaxt Moqadişuya tibbi briqada yollayıb.

  Türkiyə Milli Müdafiə Nazirliyi saytında yazılana görə, 20 nəfərlik həkim briqadası və zəruri tibbi ləvazimatdan ibarət humanitar yardım Türkiyə Silahlı Qüvvələrinə məxsus A400M tipli “Uçan kale” hərbi təyyarəsi ilə göndərilib.

  Xatırladaq ki, Moqadişuda törədilən terror aktında 90 nəfərdən çox insan həyatını dəyişib. Onlardan ikisi Türkiyə vətəndaşıdır.



Әlaqәli Xәbәrlәr