Türkiyə bu cinayətkarın azadlığa buraxılmasını qınayır və mübarizə aparacaq

Türkiyə Amerika Birləşmiş Ştatlarında 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı öldürən terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması tələbinin qəbul edilməsini qınadı.

1331124
Türkiyə bu cinayətkarın azadlığa buraxılmasını qınayır və mübarizə aparacaq

 

  Türkiyə Xarici İşlər Nazirliyi 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı xain hücumla qətlə yetirən terrorçu Sasunyanın şərti azadlığa buraxılma tələbinin qəbul edilməsinə dair yazılı şərh yayınlayaraq bildirib:

  “Türkiyənin bütün cəhdlərinə baxmayaraq, 27 dekabrda Kaliforniyada sözügedən mövzuya aid tələbin qəbul edildiyini təəssüflə qarşılayır.

  Kaliforniya bələdiyyə sədrinin təsdiqinə buraxılan və şikayətə açıq olan bu qərarı kəskin şəkildə qınayır və rədd edirik.

  Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin sərbəst buraxılmasının önünü açan bu qərar beynəlxalq hüquq qanunları və ədalət anlayışına ziddir və terrorizmlə mübarizədə əməkdaşlıq ruhuna da uyğun gəlmir.

  Sasunyan türk düşmənliyi ilə bəslənib, yanlış ideologiyaya xidmət edir, planlı, qəsdli olaraq bu hücumu törədib və məhkum olduğu müddət boyu heç bir peşmanlıq hissi keçirməyib. Ona görə də bu, təsadüfi deyil, bir nifrət cinayəti, terrorçu hərəkətidir.

  Xatırladırıq ki, sözügedən dövrdə erməni terror təşkilatlarının hücumları nəticəsində, 31-i diplomat olmaqla, Türkiyənin 58 vətəndaşı şəhid edilib.

  Türkiyə nifrət cinayətlərinin yenidən dırmandığı və beynəlxalq həmrəyliyə daha çox ehtiyac duyulduğu indiki vaxtda son dərəcə təhlükə yaradacaq bu dəhşətli qərarın tətbiq olunmaması üçün bütün etiraz yollarından istifadə edəcək. Bu yolda ən böyük məsuliyyət bənzər itkilər yaşamış ABŞ səlahiyyətliləridir.

  Biz şəhid diplomatımız Kamal Arıkan və terror qurbanı olan bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə anırıq."



Әlaqәli Xәbәrlәr