Türkiyə Qazaxıstana başsağlı verdi

Türkiyə, Qazaxıstanın Almatı şəhərində baş verən təyyarə qəzasında həyatını itirənlər üçün Qazaxıstan dövlətinə və xalqına başsağlığı verib.

1330626
Türkiyə Qazaxıstana başsağlı verdi

Xarici İşlər Nazirliyinin açıqlamasında: “Almatı-Nur Sultan ekspedisiyası edən sərnişin təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin və xəsarət alanların olduğu xəbəri ölkəmizdə dərin kədər yaratdı. Belə ağırılı bir faciə səbəbiylə dost və qardaş Qazax xalqının kədərini bölüşür, həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı və səbr,yaralılara təcili şəfa diləyirik”- deyə Xinin açıqlamasında bildirilib.

Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyindən yayılan məlumata görə baş verən qəza nəticəsində 12 nəfər həyatını itirib, 53-ü bədən xəsarəti alıb.

Qazaxıstan Baş nazirinin müavini Roman Sklyarın sözlərinə görə qəzaya "pilot səhvi" və ya "texniki nasazlıq" səbəb olub.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də yaydığı məlumatda qəzaya uğrayan Fokker 100 tipli sərnişin təyyarəsində 93-i sərnişin və 5 ekipaj üzvü olmaqla 98 adam olduğu bildirilib.

 



Әlaqәli Xәbәrlәr