"Türkiyə artıq yeni texnologiyaların alıcısı deyil, istehsalçısı oldu", R.T.Ərdoğan

Türkiyənin 60 illik yuxusu çin çıxdı

1330835
"Türkiyə artıq yeni texnologiyaların alıcısı deyil, istehsalçısı oldu", R.T.Ərdoğan
erdogan yerli otomobil.jpg
yerli otomobil togg.jpg
yerli otomobil togg1.jpg

 

  Türkiyə Avtomobil İnkişafetdirmə Qrupunun (TOGG) 2022-ci ildən istehsalına başlayacağı yerli avtomobil Kocaelinin Gebze qəsəbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimlə tanıdıldı.

  Burada etdiyi çıxışında R.T.Ərdoğan dedi:

  "Bu gün ölkəmiz üçün tarixi bir gündür: Türkiyənin 60 illik yuxusunun çin çıxdığına birlikdə şahidlik edirik.

  100-dən artıq türkiyəli mühəndis gecəsini gündüzünə qataraq çalışdı. 

  Xəyalımızın məhsulu olan, mühəndislərimizin əməkləriylə yoğrulan, milli texnologiyalarla istehsal edilən, dünyaya addımızı göstərəcək avtomobilə sahib olduq.

  Türkiyə artıq yeni texnologiyaların alıcısı deyil, istehsalçısı olan bir ölkədir.

  Yerli avtomobil fabriki Bursa Gemlikdə Türkiyə Silahlı Quvvələri ərazisində inşa ediləcək.

  Maşınımız sıfır emisiya işlə çalışaraq ətrafı heç çirkləndirməyəcək.

  Yerli avtomobilimiz üçün kimsədən lisans almadıq, hər cür texniki məsələni özümüz təyin etdik. Oyunun qaydalarını artıq biz qoyuruq.

  2022-ci ildə Türkiyədə bütün yükləmə infrastrukturu hazır olacaq. Geniş həcmli, yüksək performanslı və ən uyğun xərcli maşınımızı çıxaracağıq.

  Biz qlobal bir marka olmaq istəyirik. Ardıcıl istehsala keçdiyimizdə Avropanın klassik olmayan, elektrikli ilk və tək SUV modelinin sahibi olacağıq.”



Әlaqәli Xәbәrlәr