Türkiyə Albaniyada zəlzələdən əziyyət çəkənlərə yardımlarını davam etdirir

Türkiyənin Tirana Səfirliyinin Din İşləri üzrə Müşavirliyi tərəfindən zəlzələdən təsirlənən ailələrə yardım paylanıb.

1330301
Türkiyə Albaniyada  zəlzələdən əziyyət çəkənlərə yardımlarını davam etdirir

Türkiyə Albaniyada zəlzələdən əziyyət çəkənlərə yardımlarını davam etdirir.

Türkiyənin Tirana Səfirliyinin Din İşləri üzrə Müşavirliyi tərəfindən zəlzələdən təsirlənən ailələrə yardım paylanıb.

Türkiyə Diyanət Vəqfinin dəstəyilə xüsusilə zəlzələ zamanı evləri dağılan və çadırda yaşayan Tirananın Peza qəsəbəsindəki zəlzələdən əziyyət çəkənlərə yardım bağlamaları paylanıb.

Zəlzələnin baş verdiyi ilk gündən bəridir Türkiyənin müxtəlif qurum və təşkilatları fəlakətzədələrə yardım paylamağa və müxtəlif xidmətlər çatdırmağa davam edir.

Qeyd edək ki, Albaniyada 20 noyabrda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 51 nəfər həyatını itirmiş, 900-dən çox insan isə xəsarət almışdı.



Әlaqәli Xәbәrlәr