Türkiyә vә Rusiya Liviya ilә bağlı danışıqlarını davam etdirmәk mәsәlәsindә razılıq әldә edib

Dünәn Rusiyanın paytaxtı Moskvaya sәfәr edәn Türkiyә nümayәndә heyәti Liviya vә Suriya mәsәlәlәrindәki görüşlәrini sona çatdıraraq vәtәnә  geri qayıdıb.

1328882

Türkiyә nümayәndә heyәtinin Moskvada keçirdiyi görüşlәrdә Liviyadakı proseslәr, İdlibdәki son vәziyyәt vә Rusiya dövlәt başçısı Vladimir Putinin yanvarın 8-dә Türkiyәyә edәcәyi sәfәrin hazırlıqları müzakirә olunub.

Bu arada Rusiya Xarici İşlәr Nazirliyi Türkiyә nümayәndә heyәtinin keçirdiyi görüşlәr ilә bağlı açıqlama verib.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Türkiyә ilә Liviya mәsәlәsindә danışıqların davam etmәsi mövzusunda razılıq әldә olunub’’.

Açıqlamada hәmçinin Rusiya nümayәndә heyәtinә Rusiya prezidenti Vladimir Putinin Yaxın Şәrq  vә Afrika ölkәlәri üzrә xüsusi nümayәndәsi Mixail Boqdanov, Türkiyә nümayәndә heyәtinә isә xarici işlәr nazirinin müavini Sedat Önalın sәdrlik etdiyi bildirilib.

‘‘Görüşlәrdә Liviyadakı böhranın әn qısa zamanda qarşısının alınması üçün mümkün yardımın tәmin olunması ilә yanaşı, bu ölkәdәki problemlә bağlı görüşlәrin davam etdirilmәsi mәsәlәsindә müqavilә әldә olunub’’,-deyә Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda qeyd olunub.

Әlaqәli Xәbәrlәr