Prezident Ərdoğan Xristianların Milad bayramını təbrik etdi

Prezident Rəcəb Tayyib Ərdoğan bütün xristian dünyasını Milad bayramı münasibətilə təbrik etdi.

1328436
Prezident Ərdoğan Xristianların Milad bayramını təbrik etdi

İnformasiya nazirliyindən yayılan açıqlamaya görə Prezident Ərdoğan xristian vətəndaşların 24 dekabr Milad bayramı münasibətiylə yaydığı açıqlamasında: “Təcrübəmiz və dərin köklü tariximizdən aldığımız ilhamla, irqi, mənşəyi və inancı hər nə olarsa olsun bütün vətəndaşlarımızın mədəniyyətlərini, dinlərini və adət-ənənələrini sərbəst yaşamalarına üstünlük veririk. Fərqlilikləri var-dövlət hesab edirik. tolerantlığın, hörmətin və ədalətin birliyimizin və həmrəyliyimizin əsasını təşkil edən şuur və idrak ilə yaşadığımız coğrafiyada güclü bir gələcəyə sahib olmaq uğrunda addım atırıq. Müxtəlif məzhəblərə, adət və kilsələrə mənsub xristian vətəndaşlarımızın öz inançlarına uyğun olaraq qeyd etdikləri Milad bayramının həmrəylik və tolerantlıq mühitinin inkişafına töhfə verməsini arzulayır, başda Xristian vətəndaşlarımız olmaqla bütün xristian aləminin Milad bayramını təbrik edirəm”-deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr