Rәcәb Tayyib Әrdoğan : "Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq’’

İstanbulda tәşkil edilәn ixracatçılar yığıncağında çıxış edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  ixrac hәcmini 500 milyard dollara çatdırmaq mәsәlәsindә qәrarlı olduqlarını deyib.

1327379
Rәcәb Tayyib Әrdoğan : "Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq’’

 

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: "Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq’’.

İstanbulda tәşkil edilәn ixracatçılar yığıncağında çıxış edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  ixrac hәcmini 500 milyard dollara çatdırmaq mәsәlәsindә qәrarlı olduqlarını deyib.

Rәcәb Tayyib Әrdoğan bildirib ki,  cari ilin üçüncü rübbündә Türkiyә iqtisadiyyatında müsbәt irәlilәyişlәrin әldә olunub, inflyasiya azalıb, mәşğulluq sәviyyәsindә artım müşahidә olunub. Әrdoğan hәmçinin qeyd edib ki, noyabr ayında qurulan şirkәtlәrin sayı keçәn il ilә müqayisәdә 10.2 % artıb.

"Bu proseslәr Türkiyә iqtisadiyyatının müsbәt istiqamәtdә irәlilәdiyinin göstәricisidir. Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

 ‘‘Kanal İstanbul’’ layihəsi mәsәlәsinә toxunan Türkiyә prezidenti Ərdoğan qarşıdakı  həftələrdə tenderin elan olunacağını vә layihənin hәyata keçirilәcәyini söylәyib.



Әlaqәli Xәbәrlәr