Ərdoğan : "Türkiyə Liviyadakı hadisələrə seyrçi qala bilməz"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Liviyadakı hadisələrə seyrçi qalmasının qeyri-mümkün olduğunu söyləyib.

1326993
Ərdoğan : "Türkiyə Liviyadakı hadisələrə seyrçi qala bilməz"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Liviyadakı hadisələrə seyrçi qalmasının qeyri-mümkün olduğunu söyləyib.

Ərdoğan Kuala Lumpur zirvə yığıncağına qatılmaq məqsədilə getdiyi Malayziya səfərini təqib edən mətbuat mənsublarının suallarına cavab verib.

Liviyadakı silahlı qüvvələrin lideri Hafterin qanuni olmadığını vurğulayan Ərdoğan “Hafter qanuni bir siyasətçi deyil, bu şəxs qeyri-qanunidir. Ona qanunilik qazandırmaq üçün cəhd  göstərənlər var. Fayiz əs-Sərrac isə qanuni liderdir, qanuni bir nümayəndədir” deyib.

Bəzi ölkələrin Sərracı qəbul etməmək üçün cəhd göstərdiklərini vurğulayan Ərdoğan bildirib ki, Misir, Əbu-Dabi, Fransa hətta İtaliya bununla bağlı cəhd göstərir. Təəssüf ki, Rusiyanın da özü görünməsə də qurduğu bir şirkət var. ABŞ-ın buna oxşar şirkətləri çoxdur. Misal üçün Əfqanıstanda keçmiş əsgərlərin qurduğu şirkətlər var. Onlara müəyyən miqdarda pul verirlər və onlar da Əfqanıstanda müharibəni qeyri-qanuni şəkildə davam etdirirlər. Liviyada “Wagner” (Rus yarı-hərbi təşkilat) adlanan təşkilat vasitəsilə bunlar eynilə Hafterin muzdlu əsgərləri olaraq yanında işləyirlər. Pulunu kimlər verir məlumdur.

Bütün bunlar qarşısında Türkiyənin seyrçi qalmasının düzgün olmadığını ifadə edən Ərdoğan “Biz əlimizdən gələni indiyədək etdik və bunu davam etdirəcəyik” deyib.

Ərdoğan Liviya ictimaiyyətinin də Türkiyənin onları dəstəkləməsindən məmnunluğunu dilə gətirib və liviyalı akademikin ona “Türkiyənin yardımları olmasaydı xüsusilə Fransa, Misir və Birləşmiş Ərəb Əmirlikləri bizə ciddi mənada problem yaradacaq idilər” dediyini bildirib.



Әlaqәli Xәbәrlәr