Türkiyə  ABŞ-nın müdafiə büdcəsinə sərt reaksiya verdi

Türkiyə milli təhlükəsizliyi üçün lazımlı addımları atmaqdan əsla imtina etməyəcək. Bu Xarici  İşlər  nazirliyindən   yayılan  açıqlamada  deyilib.

1325173
Türkiyə  ABŞ-nın müdafiə büdcəsinə sərt reaksiya verdi

Dövlət Departamenti ABŞ Senatının qəbul etdiyi Müdafiə büdcəsi ilə bağlı açıqlama verib

Nazirliyin   yaydığı    bəyanatda : “Türkiyə əleyhində  atılan bu  addımlara  biganə   qalmayaraq  lazımlı   tədbirləri   həyata  keçirəcək.  Hər  kəs  idrak  etməlidir ki,  Türkiyə  belə   təhdidlər  qarşısında  milli təhlükəsizliyi üçün lazımlı addımları atmaqdan əsla   imtina   etməyəcək. ABŞ   setanının   qəbul  etdiyi    müdafiə   büdcəsi  Türkiyənin suveren bir dövlət olaraq qəbul  etdiyi  qərarlara qarşı hörmətsizliyin və düşmənçiliyin   göstəricisidir. 

Qeyd  edək  ki, “2020 Milli Müdafiə Səlahiyyət Qanunu" olaraq bilinən ABŞ-ın müdafiə büdcəsi Nümayəndələr Palatasından  sonra   Senat  tərəfindən  də   olduğu  kimi  qəbul  edildi. Büdcənin Türkiyə ilə əlaqədar hissəsində F-35 təyyarələrinin  Ankaraya   təhvil  verilməməsi  nəzərdə   tutulur.  Buna    Türkiyənin    Rusiyadan satın  aldığı  S-400 hava  hücumundan  müdafiə   sistemləri səbəb   göstərilir.



Әlaqәli Xәbәrlәr