Ərdoğan: “İnkişaf etmiş və zəngin qərb ölkələri qaçqın böhranında sinifdə qaldılar”

İnkişaf etmiş və varlı Qərb ölkələr qaçqın böhranın həllinə dair gözlənilən addımları atmadılar. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

1325614
Ərdoğan: “İnkişaf etmiş və zəngin qərb ölkələri qaçqın böhranında sinifdə qaldılar”

 

Ərdoğan, “I. Qlobal Qaçqınlar Forumun”da iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə  olub. O  həmin  zaman jurnalistlərin gündəmdəki mövzular ilə bağlı ünvanladıqları sualları cavablandırıb.

Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqınlar Forumunda çıxış etdiyini ifadə edən Prezident Ərdoğan : “Birləşmiş Millətlər Təşkilatının hesabatına görə dünyada ən çox miqranta ev sahibliyi edən ölkə Türkiyədir. Ölkələrin ümumi daxili məhsul seviyyələri nəzərə alındıqda isə yenə ən çox hümanitar yardım çatdıranlar arasında ilk sırada iştirak edir. Bütün dünya bu məsuliyyət hissi ilə hərəkət etməlidir. İnkişaf etmiş və zəngin qərb ölkələri qaçqın böhranında sinifdə qaldı. Bəzi zəngin ərəb ölkələri də eləcə. Lakin qlobal problemlərin yalnız beynəlxalq əməkdaşlıq və həmrəyliklə həllinin mümkün olabiləcəyi idark etməlidir”-deyə vurğulayıb.

Liviya ilə imzalanan müqavilələrlə Şərqi Aralıq dənizindəki tarazlıqların dəyişdiyinə toxunan Ərdoğan Türkiyənin bu sahədə atdığı addımların beynəlxalq hüquqa zidd olmadığına diqqət çəkib.



Әlaqәli Xәbәrlәr