Ərdoğan: "PKK terror təşkilatı tarixinin ən ağır zərbələrini aldı"

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın tarixinin ən ağır zərbələrini aldığını söyləyib.

1324734
Ərdoğan: "PKK terror təşkilatı tarixinin ən ağır zərbələrini aldı"
erdogan cenevre UIB1.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın tarixinin ən ağır zərbələrini aldığını söyləyib.

Ərdoğan Qlobal Qaçqınlar Forumunda iştirak etmək üçün səfərdə olduğu İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Demokratlar Birliyi Avropa nümayəndələrini qəbulunda etdiyi çıxışda terrorla mübarizəyə toxunub.

Prezident PKK terror təşkilatının istər Türkiyə sərhədləri daxilində, istərsə xaricində tarixinin ən axır zərbələrini aldığını bildirərək deyib:

“Son üç ildə həyata keçirdiyimiz üç hərəkatla həm cənub sərhədimiz boyunca qurulmağa cəhd göstərilən terror koridorunu məhv etdik, həm də Suriyanın torpaq bütövlüyünü zəmanət altına alacaq həssas addım atdıq. Müəyyən imperialist qüvvələrin himayəsində 9 ildir həssa şəkildə hazırlanan oyunu qəhrəman əsgərlərimizin və Suriya Milli Ordusundakı qardaşlarımızın mübarizəsilə sadəcə bir necə həftədə məhv etdik”.



Әlaqәli Xәbәrlәr