Ərdoğan: “İmmiqrant problemi bir neçə ölkənin səyilə həll olmaz”

İmmiqrant məsələsinin həlli bir neçə ölkənin səyləriylə mümkün deyil. Bunu Prezident Ərdoğan deyib.

1325023
Ərdoğan: “İmmiqrant problemi bir neçə ölkənin səyilə həll olmaz”

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən “I. Qlobal Qaçqınlar Forumunda” iştirakçılara müraciət etdi.

Türkiyənin, milyonlarla sığınmacıya qapılarını açdığını xatırladan Ərdoğan, Türkiyədən daha imkanlı ölkələrin kvota tətbiq etdiyini ifadə edərək: "Biz irq, din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi qəbul etdik. Ancaq aydın oldu ki, bizim kimi bu insanlara ev sahibliyi edən bir neçə ölkənin səyləri ilə qaçqın məsələsinin qarşısı alına bilməz. Suriya mənşəli qaçqınların Türkiyənin sərhədləri daxilində qalmaları problemin həlli kimi görülməməlidir. Vicdanları zədələyən bu problem qlobal səviyyədə atılası addımlarla həll edilməlidir. Suriyada ölən uşaqların qanının əvəzinə neft axsaydı inanıram ki dünya biganə qalmazdı. Deyirəm ki gəlin həmin neft quyularındakı nefti birlikdə hasil edək. Daha sonra da hazırda qaçqın olanları bölgədə yenidən bərpa edəcəyimiz evlərinə, məktəblərinə, xəstəxanalarına və sığınacaqlarına yerləşdirək. Lakin bu təklifimizə biganə qalınır. Suriyada sabitliyin yenidən hökm sürməsi qaçqınların vətənlərinə geri qayıdmalarından asılıdır. Qaçqınları öz torpaqlarında qalmağa məcbur edəcək, və ölkəmizdəki insanları isə doğma yurdlarına qaytaracaq formulalar tətbiq edilməlidir. Suriyada daimi sabitliyin və normallaşmanın bərpasında qaçqınların geri qayıdmaları ən az terrora qarşı mübarizə qədər əhəmiyyət daşıyır.

Türkiyənin terrordan təmizlədiyi ərazilərə İndiyə qədər 371.000 Suriyalı könüllü olaraq qayıdıb. BMT Baş Assambleyasında səsləndirdiyim layihənin həyata keçirilməsi halında bunun bir ilə dək 1 milyona çatacağına inanıram”-deyə prezident Ərdoğan vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr