Mövlanənın 746-cı Vüsal İlində Ərdoğan böyük mütəfəkkiri rəhmət və minnətlə yad edərək dedi...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həzrəti Mövlanənin hər biri hikmət mənbəyi olan sözləriylə bütün insanlığı əsrlər boyu işıqlandıracaq bir məşəl yandırdığını söylədi.

1324484
Mövlanənın 746-cı Vüsal İlində Ərdoğan böyük mütəfəkkiri rəhmət və minnətlə yad edərək dedi...

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həzrəti Mövlanənin hər biri hikmət mənbəyi olan sözləriylə bütün insanlığı əsrlər boyu işıqlandıracaq bir məşəl yandırdığını söylədi.

  Mövlanənın 746-cı Vüsal İl münasibətilə paylaşdığı mesajında Ərdoğan böyük mütəfəkkir və filosof-şair Cəlaləddin Rumini rəhmət və minnətlə yad edərək deyib:

  “Elmi Anadolu torpaqlarından bütün aləmə yayılan, dünya var olduqca həqiqət yolçularına rəhbər olan Mövlanə 746-cı ilində belə Haqq eşqi və insan sevgisindəki səmimiyyəti, fikirləri və əsərləriylə milyonlarla insanı arxasından aparır.

  Mövlanə Cəlaləddin Rumi Xorasandan Bağdada, Məkkə və Mədinədən Dəməşqə (Şama) qədər ziyarət etdiyi bütün elm və mədəniyyət mərkəzlərindən əldə etdiyi təcrübələri Anadoluya daşıdı. Mövlananın hər biri hikmət mənbəyi olan sözləri bütün insanlığı əsrlər boyu işıqlandıracaq bir məşəl yandırır.

  Bu gün son və əbədi vətənimiz olaraq sıx sarıldığımız bu coğrafiyaya könülləri fəth edərək möhürün vurulmasında Mövlanə və onunla eyni mənbədən bəslənən Yunus Əmrə, Hacı Bayram Vəli, Hacı Bektaş Vəli kimi könül sultanlarının böyük əməyi, töhfəsi və izi vardır. Bizi birləşdirən bu böyük mirasdan aldığımız güclə qarşımıza çıxan bütün çətinlikləri və maneələri aşırıq. Qəlbimizin sultanlarının əmanəti olan səbir və mübarizə əzmiylə isə bu günümüzdən daha işıqlı, dinc və barış dolu sabahlara, inşallah, birlikdə çıxacağıq."



Әlaqәli Xәbәrlәr