İtaliya-Türkiyə arasında ticarət həcmi artırılır

İtaliya Baş naziri Giuseppe Conte Türkiyə-İtaliya arasında illik ticarət həcminin 30 milyard dollara çatması üçün lazımlı tədbirləri həyata keçirir. İtalyanın Ankara səfiri Massimo Gaiani bu barədə məlumat yayıb.

1323728
İtaliya-Türkiyə arasında ticarət həcmi artırılır

Anadolu Agentliyinə (AA) müsahibəsində Türkiyə və İtaliya arasında güclü əlaqələrin olduğuna diqqək çəkən səfir Gaiani Türkiyə iqtisadiyyatının 2020-ci ildə yenidən inkişaf prosesinə daxil olacağının gözləndiyini vurğulayıb.

Gaiani: “Türkiyə eyni zamanda Orta Asiya və başqa bazarlar üçün əhəmiyyətli potensiala sahibdir. Bu ölkə ilə əməkdaşlığımızı irəlli pillələrə qaldıraraq ticarət həcmini artırmalıyıq. Hazırda iki ölkə arasındakı ticarət həcmi təxminən 20 milyard dollar səviyyəsindədir. Ancaq Baş nazir Conte bunun 30 milyard dollara çatdırılması üçün lazımlı addımların atılması mövzusunda təlimat verib. Biz də bu hədəfə nail ola bilmək üçün maşın hissələri investisiyalarına fokuslanmaqda davam edirik. Həmçinin İtalyanın aparıcı mövqeyə sahib olduğu kimyəvi və kosmetik sektorunda Türkiyə ilə ortaq istehsala başlamaq və çıxarılacaq məhsulları üçüncü ölkələrə ixrac etmək üçün layihələr hazırlayırıq”- deyə İtaliyanın Türkiyə səfiri Gaiani vurğulayıb.



Әlaqәli Xәbәrlәr