Fuad Oqtay: "PUA Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin və Türkiyənin maraqlarını qoruyacaq"

Prezidentin müavini Fuad Oqtay Geçitkale hava limanına çatan ilk pilotsuz uçuş aparatının (PUA) Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin və Türkiyənin maraqlarını qoruyacağını bildirdi.

1324316

Oqtay şəxsi “twitter” hesabında Türkiyədən Şimali Kıbrıs Türk Cümhuriyyəti hava limanına gedən ilk PUA-ya dair paylaşım edib.

Oqtay “Bayraktar TB2” tipli PUA-nın uçuş görüntülərilə əlaqədar videonun da yer aldığı paylaşmada “Şərqi Aralıq dənizi səmalarında vəzifə icra etmək üçün Geçitkale hava limanına çatan  ilk pilotsuz uçuş aparatımız Şimali Kıbrıs Türk Cümhuriyyəti və ölkəmizin maraqlarını qoruyacaq, bölgənin təhlükəsizliyinə və sülhünə töhfəsini verəcək. Millətimizə xeyirli olsun” deyib.

Әlaqәli Xәbәrlәr