Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barәdә qәtnamәsini qınayıb

Türkiyə Böyük Millət Məclisi ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qanun layihəsini qınayıb.

1323136

Türkiyə parlamentinin dörd partiyası birgə qərar qəbul edərək Senatın qanun layihəsinin əsassız olduğunu vә heç bir hüquqi mәna daşımadığı  bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun imzası ilə yayılan qərarda ABŞ Senatına etiraz bildirilib.

Qərara Әdalәt vә İnkişaf Partiyası ilə yanaşı, Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) vә İyi Partiya imza atıblar.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop şәxsi ‘‘Twitter’’  sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Türkiyə Böyük Millət Məclisi qondarma "erməni soyqırımı" ilə bağlı qərarı təəssüflə qınayır və rədd edir''. 

Әlaqәli Xәbәrlәr