Türkiyə Çili hökuməti və xalqına başsağlığı verdi

Türkiyə Antarktikada bir bazaya getdiyi əsnada radardan itən Çili ordusuna məxsus hərbi təyyarənin okeana düşməsi səbəbiylə həyatını itirənlər üçün ölkəyə başsağlığı verdi.

1322749
Türkiyə Çili hökuməti və xalqına başsağlığı verdi

Xarici İşlər Nazirliyinin açıqlamasında Çili Silahlı Qüvvələrinin hərbi təyyarəsinin qəzaya uğradığı xəbərinin Türkiyədə kədərlə qarşılandığı bildirilib. Qəzada həyatını itirənlərin ailələrinə, Çili hökumətinə və xalqına başsağlığı veririk deyilib.

Qeyd edək ki, Çilinin S-130 “Herkules” hərbi nəqliyyat təyyarəsi üç gün əvvəl qəzaya uğradı.

S-130 təyyarəsi ölkənin cənubunda yerləşən Punta-Arenas şəhərinin “Çabunko” bazasından Antarktikadakı aviabazaya gedərkən qəzaya uğrdayıb. Təyyarənin göyərtəsində 17 heyət üzvü və 21 sərnişin olub.

Qeyd edək ki, ABŞ istehsalı olan S-130 bir çox ölkənin əsas hərbi-nəqliyyat təyyarəsidir

 

 



Әlaqәli Xәbәrlәr