Türkiyə ABŞ senatına sərt reaksiya verdi

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ABŞ Senatında 1915-ci il cərəyan edən erməni hadisələrini "soyqırım" kimi tanıyan qanun layihəsini qəbul etməsinə sərt reaksiya verdi.

1322697
Türkiyə ABŞ senatına sərt reaksiya verdi

Çavuşoğlu sosial media hesabından yaydığı açıqlamada Tarixdən siyasi məqsədlər üçün istifadə edənlər, həqiqətlərlə qarşılaşmaq istəməyən qorxaqlardır deyib.

ABŞ Senatında qəbul edilən qərarın siyasi bir təzahürdən ibadət olduğunu ifadə edən Çavuşoğlu belə qərarların heç bir hüquqi etbarının olmadığını vurğulayıb.

Enerji və Təbii Qaynaqlar naziri Fatih Sönmez də ABŞ setanının qərarına münasibət bildirib. ABŞ-nın bu səhvdən imtina etməsini və iki ölkə arasındakı münasibətlərin arzu edilən seviyyəyə qalxmasını arzuladığını vurğulayıb.

Prezident administrasiyası yanında komikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun qərarı qınayıb. O sosial media hesabında yaydığı açıqlamada qondarma erməni soyqırımı layihəsinin qəbulunun iki ölkə arasındakı əlaqələrin gələcəyinə zərbə endirəciyinə diqqət çəkib. Türkiyənin sanksiya və təhdidlər qarşısında milli təhlükəsizlik maraqlarından imtina etməyəcəyini vurğulayıb.

Prezident aparatının sözçüsü İbrahim Kalın da ABŞ_nın qərarını pislədiyini ifadə etdiyi açıqlamasında Türkiyənin mövqeyinin belə qərarlar ilə dəyişməyəcəyini bildirib.

Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal başda olmaqla Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya Qrup sədrləri, eləcə də AKP qanun layihəsini qanayıb.



Әlaqәli Xәbәrlәr