Fuad Oqtay vә Hulusi Akar ABŞ Senatının qәrarına reaksiya göstәrib

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsi  qəbul etmәsinә reaksiya göstәrib

1323063
Fuad Oqtay vә Hulusi Akar ABŞ Senatının qәrarına reaksiya göstәrib

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsi  qəbul etmәsinә reaksiya göstәrib.

Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Fuad Oqtay bu ifadәlәrә yer verib: ‘‘Tarixin hәqiqi şahidlәri senat vә ya mәclis qәrarları deyil, arxivlәrdir. Hәqiqәti axtaran hәrkәsә arxivlәrimiz açıqdır. ABŞ Senatının bu qәrarını qınayır vә rәdd edirik’’.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar da  mәsәlә ilә bağlı verdiyi açıqlamada bildirib ki, arxivlәrimiz açıqdır. Bu xalqın heç bir şәkildә bu hadisәlәrlә әlaqәsinin olmadığını hәrkәs görәcәk.



Әlaqәli Xәbәrlәr