Mövlud Çavuşoğlu İnsan Hüquqları Günü münasibәtilә açıqlama verib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 10 dekabr İnsan Hüquqları Günü münasibәtilә açıqlama verib.

1321057
Mövlud Çavuşoğlu İnsan Hüquqları Günü münasibәtilә açıqlama verib

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 10 dekabr İnsan Hüquqları Günü münasibәtilә açıqlama verib.

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyә  bir çox terror tәşkilatı ilә mübarizәsini davam etdirәrkәn qanunun aliliyi prinsipinә, demokratik dәyәrlәrә vә beynәlxalq öhdәliklәrә daim riayәt edir vә beynәlxalq tәşkilatlarla konstruktiv әmәkdaşlığa üstünlük verir.

İnsan hüquqları və məhkəmə sistemində həyata keçirilən islahatların millətin әsas haqq  və azadlıqlardan ən səmərəli şəkildə istifadә etmәsinә imkan yaratdığını vurğulayan Çavuşoğlu deyib: "İnsan hüquqlarına hörmət dövlət mədəniyyətimizin, әsrlәrdir davam etdirdiyimiz xoşgörüş anlayışımızın vә  ‘‘Yurdda  sülh, dünyada sülh’’ prinsipinә әsaslanan xarici siyasətimizin tәmәl daşını tәşkil edir’’.

Türkiyənin  dünyanın hər güşәsindәki mәzlumlara yardım әlini uzatdığını ifadә edәn Çavuşoğlu dünyada sülhün vә sabitliyin tәmin olunması üçün dövlәtlәrin göstәrdiyi fәrdi sәylәrinin kifayyәt etmәdiyini  bildirib.

Mövlud Çavuşoğlu  beynəlxalq ictimaiyyәtin bəşəriyyətin ortaq sülh və rifahı üçün hərəkət keçmәsinin  әhәmiyyәtini vurğulayıb.

Türkiyənin tarix boyunca  mәzlumlara yardım әlini uzatdığını  xatırladan Mövlud Çavuşoğlu Türkiyәnin  bu gün də dünyada ən çox qaçqına  ev sahibliyi edən ölkə mövqeyində olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr