Hami Aksoy ‘‘Sülh çeşmәsi’’ әmәliyyatını qiymәtlәndirib

Türkiyәnin Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Amerika Birlәşmiş Ştatları vә Rusiya ilә әldә olunan razılaşmaları qiymәtlәndirib.

1319300
Hami Aksoy ‘‘Sülh çeşmәsi’’ әmәliyyatını qiymәtlәndirib

 

Türkiyәnin Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Amerika Birlәşmiş Ştatları vә Rusiya ilә әldә olunan razılaşmaları qiymәtlәndirib.

Hami Aksoy nazirlikdә tәşkil etdiyi mәtbuat konfransında ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının bәzi ölkәlәrin bölgәdә atmaq istәdiyi addımlara maneә törәtdiyini, vә bu sәbәbdәn Türkiyәyə  qarşı qaralama kampaniyalarının aparıldığını bildirib. Hami Aksoy hәmçinin qeyd edib ki,  Türkiyә  beynәlxalq ictimaiyyәtә әmәliyyatla bağlı mәlumat verib.   

Xarici İşlәr Nazirliyinin sözçüsü  Hami Aksoy sərhədləri terrorçulardan təmizləmək və suriyalıların öz evlәrinә geri qayıtması üçün tәhlükәsiz  bölgə yaratmaq  məqsədi ilə keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı  ilә  4.300 kvadrat kilometrlik  ərazinin terrorçulardan tәmizlәndiyini vurğulayıb.

"ABŞ ilə 15 oktyabrda və Rusiya ilә 22 oktyabrda  əldə etdiyimiz razılaşmalar bu ölkələrin əməliyyatımızın qanuniliyini qəbul etdiyinin göstәricisidir. Ancaq bizə verilən vәdlәr yerinə yetirilmədiyi təqdirdə əməliyyatı davam etdirmək hüququmuzdan istifadә edәcәyik. Tәhlükәsiz bölgәni terrorçulardan tәmizlәyәnәdәk  Suriyanı tərk etməyəcəyik ",-deyə Türkiyәnin Xarici İşlәr Nazirliyinin sözçüsü vurğulayıb.

Xarici terrorçuların ekstradisiya prosesinə dә  toxunan Hami Aksoy qeyd edib ki, öz ölkәlәrindә  mühakimə olunmalı və reabilitasiya edilməlidirlәr. Hәmin ölkәlәr  bu mövzuda məsuliyyətdən qaçmamalıdırlar.



Әlaqәli Xәbәrlәr