PKK üzvü daha 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

İraqın şimalından qaçan terror təşkilatı PKK üzvü daha 3 terrorçu Silopidə təhlükəsizlik qüvvələrinə təslim olub.

1318804
PKK üzvü daha 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Ağrı vilayətinin Tutak qəsəbəsi əraziləridə həyata keçirilən əməliyyatda 4 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkə daxilindəki təhlükəsizlik əməliyyatları çərçivəsində Tutak qəsəbəsi ərazilərində Vilayət Jandarm Komandanlığı və Vilayət Polis Müdirliyi şöbələri tərəfindən əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı jandarm və polis bölmələri ilə bir qrup terrorçu arasında atışma olub. Atışma nəticəsində silahlı 4 terrorçu zərərsizləşdirilib.

Digər tərəfdən, İraqın şimalından qaçan terror təşkilatı PKK üzvü daha 3 terrorçu Silopidə təhlükəsizlik qüvvələrinə təslim olub.

Mili Müdafiə Nazirliyinin “twitter” hesabında yer alan açıqlamada qətiyyətli və uğurlu əməliyyatlar nəticəsində terror təşkilatındakı dağılmanın davam etdiyi bildirilib.  

Açıqlamada İraqın şimalındakı sığınacaq yerlərindən qaçan terror təşkilatı PKK üzvü daha 3 terrorçunun Silopidə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr