“Türkiyənin DEAŞ-la mübarizəsi” kitabı oxuculara təqdim olundu

Türkiyənin terror təşkilatı DEAŞ-ın yaratdığı təhdid ilə bunları aradan qaldırmaq məqsədli təhlükəsizlik əməliyyatlarının şərh olunduğu “Türkiyənin DEAŞ-la mübarizəsi” kitabı oxuculara təqdim olundu.

1316697
“Türkiyənin DEAŞ-la mübarizəsi” kitabı oxuculara təqdim olundu

Türkiyənin terror təşkilatı DEAŞ-ın yaratdığı təhdid ilə bunları aradan qaldırmaq məqsədli təhlükəsizlik əməliyyatlarının şərh olunduğu “Türkiyənin DEAŞ-la mübarizəsi” kitabı oxuculara təqdim olundu.

“Anadolu” (AA) xəbər agentliyinin dərc etdiyi xəbərlərlə hazırlanan, Türkiyənin terror təşkilatı DEAŞ-ın yaratdığı təhdid ilə bunların aradan qaldırılmasına qarşı təhlükəsizlik əməliyyatlarının şərh olunduğu kitab türkcə, ingiliscə və ərəbcə dərc olundu.

DEAŞ-ın ortaya çıxması və dağılması, İraqda yayılması, dünyadaki hücumları, terrorçubaşları kadrı, Türkiyədə həyata keçirdiyi qanlı aktlar və ölkənin DEAŞ ilə mübarizənin nəticələrinin izah edildiyi kitab “Fərat qalxanı” əməliyyatına işıq tutur.

Nəşrin ön sözünü qələmə alan AA İdarə heyətinin başçısı və baş direktoru Şenol Kazancı Türkiyənin İraqla Suriyaya qonşu olması və xarici terrorçu döyüşçülərin (YTS) keçid marşrutu üzərində olmasının DEAŞ təhdidinə ən çox məruz qalan ölkə olmasına səbəb olduğunu ifadə etdi.

İslam coğrafiyasında nümunə göstərilən Türkiyənin bu cəhətilə də gücünü din istismarından götürən terror təşkilatı DEAŞ-ın hədəfində olan öklərin başında gəldiyinə diqqət çəkən Kazancı təşkilatın Türkiyədə 2014-cü ilin mart ayından etibarən terror aktları həyata keçirməyə başladığını, ancaq Türkiyənin bu tarixdən çox əvvəl, 30 sentyabr 2013-cü ildə təşkilatı terror siyahısına salaraq mövqeyini ortaya qoyduğunu ifadə etdi.  



Әlaqәli Xәbәrlәr