DEAŞ-ın mövcudluğunun ən böyük amili PKK/YPG terror təşkilatına verilən dəstəkdir

Milli Müdafiə Nazirliyi (MSB) Suriyada Fərat çayının şərqindəki qarışıqlığın səbəbinin və DEAŞ terror təşkilatının hələ də kiçik bir qrup kimi mövcudluğunu davam etdirməsindəki ən böyük amilin PKK/YPG terror təşkilatına verilən dəstək olduğunu bildirdi.

1315927

Nazirliyin açıqlamasında qeyd edilib ki, Türkiyə “Fərat qalxanı” əməliyyatında sahədə DEAŞ ilə qarşı-qarşıya mübürizə apararaq 3 mindən artıq terrorçunu zərərsizlədirən tək NATO və koalisiya üzvüdür. Türkiyənin ABŞ ilə 17 oktyabrda imzalanan razılaşma çərçivəsində DEAŞ ilə əlaqədar məsuliyyətlərini yerinə yetirməsinə baxmayaraq, Tel Abyad həbsxanasındakı DEAŞ-lılar PKK/YPG-li terrorçular tərəfindən bütün dünyanın gözü önündə azadlığa buraxıldılar. Fəratın şərqindəki qarışıqlığın səbəbi və DEAŞ terror təşkilatının hələ də kiçik bir qrup olaraq mövcudluğunu davam etdirməsindəki ən böyük amil əməşdaşlıq etdikləri PKK/YPG terror təşkilatı və bu terror təşkilatına verilən dəstəkdir. “Fərat qalxanı” və “Zeytin budağı” əməliyyat sahəsinin qarışıq vəziyyətinin öhdəsindən gələn, başda DEAŞ və PKK/YPG terror təşkilatları ilə şəxsən mübarizə aparan Türkiyə təhlükəsiz bölgə yaratmasında da təcrübəsi, gücü, humanitar yanaşmaları və konkret layihələrilə bütün problemlərin öhdəsindən gələcəkdir.

Terror təşkilatları DEAŞ və PKK/YPG-nin eyni məqsədə xidmət göstərdiyi, NATO üzvü olan Türkiyəyə hücum edərək əslində NATO-ya zərər verməyi hədəf aldığı bildirilən açıqlamada “Bu səbəbdən bu iki təşkilatın da Suriya və İraqdan sonra ən çox hücum etdiyi ölkənin Türkiyə olması bu qaranlıq təşkilatların məqsədini açıq-aşkar ortaya qoyur” deyilib.

Әlaqәli Xәbәrlәr