Türkiyə Fransa prezidenti Makronun sözlərinə sərt reaksiya verdi

Türkiyə terror təşkilatı YPG / PKK-ya qarşı Sülh Çeşməsi Əməliyyatını həyata keçirdiyinə görə NATO müttəfiqlərindən həmrəylik gözləməməlidir deyən Fransa prezidenti Emmanuel Makrona sərt reaksiya verib.

1314485
Türkiyə Fransa prezidenti Makronun sözlərinə  sərt reaksiya verdi

Türkiyə terror təşkilatı YPG / PKK-ya qarşı Sülh Çeşməsi Əməliyyatını həyata keçirdiyinə görə NATO müttəfiqlərindən həmrəylik gözləməməlidir deyən Fransa prezidenti Emmanuel Makrona rəsmi Ankara sərt reaksiya verib. Prezident administrasiyasının sözçüsü İbrahim Kalın Fransa prezidentinin qəbul edilməz sözlərinə , “Almaniya kansleri Merkelin dediyi kimi Makron ardıcıl stəkan sındırmaqda davam edir, baxmayaraq yenədə çay istəyir” deyərək münasibət bildirib.

Makronun NATO Baş katibi Jens Stoltenberq ilə Parisdə təşkil etdiyi birgə mətbuat konfransında səsləndirdiyi sözlərinə soial media hesabında yaydığı açıqlamada sərt reaksiya verən Kalın: “Brüsselin bütün tələblərini yerinə yetirən Şimali Makedoniyanın Avroqa İttifaqına tam hüquqlu üzvlük müzakirələrinə başlamağını veto eddən yeganə lider Makron oldu”-deyə vurğulayıb.

Qeyd edək ki, Makron Stoltenberq ilə Parisdə təşkil etdiyi mətbuat konfransında Türkiyənin Sülh Çeşməsi Əməliyyatına toxunaraq: “Müttəfiqimiz Türkiyənin təhlükəsizlik qayğılarının idrakındayam. İndiyə dək bir çox terror hücumuna məruz qaldığı gözdən yayındırılmamalıdır. Ancaq həm DEAŞ əleyhdarı koalisiya üçün təhdid yaradan hərbi əməliyyat həyata keçirib həm də alyansdan həmrəylik gözləyə bilməz” demişdi.



Әlaqәli Xәbәrlәr