Süleyman Soylu saxlanılan xarici terrorçularla bağlı açıqlama verib

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu terror tәşkilatı DEAŞ-ın 11 fransalı üzvünün dekabr ayının әvvәlindә  Fransaya göndәrilәcәyini deyib.

1314079

Süleyman Soylu İzmirdә keçirilәn ‘‘Egey bölgәsi köç, tәhlükәsizlik vә sosial uyğunlaşma workshopu’’da çıxış edib.

Hazırda ölkәlәrinә geri qayıdan suriyalıların sayının  370 min olduğunu deyәn Süleyman Soylu bildirib ki, bәzilәri bunun kifayәt qədər olmadığını bildirir. Digәr tәrәfdәn çox ciddi nizamsız miqrasiya tәzyiqi altındayıq.

Çıxışı zamanı saxlanılan xarici terrorçular mәsәlәsinә dә toxunan Süleyman Soylu deyib ki, xarici terrorçuların deportasiya edilmәlәri ilә bağlı proses davam etdirilir.

‘‘DEAŞ-ın 11 fransalı üzvünü dekabr ayının әvvәlindә  Fransaya göndәririk’’,-deyә Türkiyәnin daxili işlәr naziri vurğulayıb

Әlaqәli Xәbәrlәr