“Sülh çeşməsi” hərəkatı məqsədinə çatanadək davam edəcək

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” hərəkatının məqsədinə çatanadək davam edəcəyini açıqladı.

1313105
“Sülh çeşməsi” hərəkatı məqsədinə çatanadək davam edəcək

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” hərəkatının məqsədinə çatanadək davam edəcəyini açıqladı.  

MTŞ-nın noyabrın 26-da təşkil edilən yığıncağından sonra yayılan bəyanatda bildirilib ki, milli birlik və bərabərlik ilə Türkiyənin davamlılığını təhdid edən PKK/PYD, YPG, FETÖ və DEAŞ başda olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində əzm və qətiyyətli şəkildə həyata keçirilən mübarizə barədə Şuraya məlumat təqdim edildi və uğurla davam edən əməliyyatlar detallı şəkildə müzakirə olundu. “Sülh çeşməsi” əməliyyatı hərtərəfli qiymətləndirildi. Bölgədə sülh və sabitlik mühitinin yaranmasına dəstək olan əməliyyat məqsədinə çatanadək davam edəcək. Bu arada dinc vətəndaşların zərər görməməsi üçün istənilən bütün tədbirlər görülür.

Kıbrıs (Kipr) və Şərqi Aralıq dənizi başda olmaqla son vaxtlarda ortaya çıxan regional və qlobal məsələlər müzakirə olundu; ölkə xaricində keçirilən görüşlər barədə məlumat çatdırıldı.

Ayrıca 1915-ci il hadisələrinin qiymətləndirildiyi yığıncaqda “1915-ci il hadisələri barədə tarixi və hüquqi əsaslardan məhrum qərarlar sərt şəkildə qınandı, həqiqətləri ortaya çıxarmağın vaxtının gəldiyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı” ifadəsi işlədildi.



Әlaqәli Xәbәrlәr