"Yunanıstandakı müsəlman azlığın haqlarını qorunmağa davam edəcəyik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstandakı müsəlman azlığın Afina və Lozanna müqavilələrindən qaynaqlanan haqlarının qorunmağa davam ediləcəyini bildirib.

1312966

Çavuşoğlu Din İşləri üzrə İdarənin sədri Prof.Dr. Əli Ərbaş Gümülcinənin seçilmiş müftisi İbrahim Şərif və İskeçənin seçilmiş müftisi Əhməd Mətəni Xarici İşlər Nazirliyinin mənzil-qərargahında qəbul edib.

Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıranın da iştirak etdiyi görüş barədə “tvitter”da yer alan açıqlamasında bildirib ki, Yunanıstandakı müsəlman azlığın Afina və Lozanna müqavilələrindən qaynaqlanan haqlarını qorumağa davam edəcəyik. Təzyiqlərə tab gətirən Gümülcinə müftisi İbrahim Şərif və İskeçə müftisi Əhməd Mətəyə dəstəyimizi bir daha dilə gətirdik.

Әlaqәli Xәbәrlәr