DEAŞ-a qatılmaq üçün Adana şəhərinə gəldiyi irəli sürülən fransız əsilli qadın yaxalandı

Terror təşkilatı DEAŞ-a qatılmaq üçün Türkiyənin Adana şəhərinə gəldiyi irəli sürülən fransız əsilli qadın saxlanılıb.

1312544
DEAŞ-a qatılmaq üçün Adana şəhərinə gəldiyi irəli sürülən fransız əsilli qadın yaxalandı
deas teror.jpg
deas teror.jpg

Terror təşkilatı DEAŞ-a qatılmaq üçün Türkiyənin Adana şəhərinə gəldiyi irəli sürülən fransız əsilli qadın saxlanılıb.

Adana vilayətinin Polis Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları fransız əsilli 21 yaşındakı Anissa L-nin terror təşkilatına qoşulmaq üçün ölkəsindən təyyarə ilə İstanbula, daha sonra avtobusla Adanaya gəldiyini dəqiqləşdirib.

Şəhərdəki otellərdən birində qaldığı müəyyən edilən qadın keçirilən əməliyyat naticəsində yaxalanıb.

Saxlanılan şübhəlinin Hatay şəhərindən qanunsuz yollarla Suriyaya keçib təşkilata qatılmağı məqsəd götürdüyü iddia edilib.

Polis Şöbəsindəki ifadəsində gəzmək üçün şəhərə gəldiyini söylədiyi irəli sürülən şübhəli rəsmi prosedurdan sonra ölkəsinə göndərilib.



Әlaqәli Xәbәrlәr