Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Strateji Əməkdaşlıq Ali Komitəsinin iclasında iştirak etmək məqsədilə bu gün Qətərə səfər edəcək.

1311576
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Strateji Əməkdaşlıq Ali Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 25-də Qətərə səfər edir.

  Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, R.T.Ərdoğan Qətərin əmiri Şeyx Təmim ibn Hamed əl-Saninin dəvətilə adı çəkilən ölkəyə gedir.

  Ərdoğan ilə əl-Saninin sədrliyi ilə keçiriləcək komitə iclasında hər iki ölkənin nazir və digər rəsmi şəxsləri iştirak edəcək.

  Danışıqlarda ikitərəfli münasibətlərin bütün aspektləri, Türkiyə ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunacaq, regional və beynəlxalq gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparılacaq.

  R.T.Ərdoğan Türkiyə - Qətər Birləşmiş Müştərək Qüvvələr Komandanlığına da baş çəkəcək.



Әlaqәli Xәbәrlәr