R.T.Ərdoğan: "Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi"

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İzmirin Kiraz Bәlәdiyyәsi tәrәfindәn tәşkil edilәn tәdbirә qatılıb.

1311036
R.T.Ərdoğan: "Türkiyə Suriyanın şimalında terror dövlətinin yaradılmasına imkan vermədi"

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İzmirin Kiraz Bәlәdiyyәsi tәrәfindәn tәşkil edilәn tәdbirә qatılıb. Tәdbirdә açılış nitqi ilә çıxış edәn Rәcәb Tayyib Әrdoğan son illәrdә Türkiyә iqtisadiyyatına edilәn hücumlara baxmayaraq ölkәnin hәr baxımdan inkişaf etmәyә davam etdiyini vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan Türkiyәyә qarşı davamlı yeni oyunlar hazırlayanların Türkiyәnin demokratiyasına xәlәl gәtirә bilmәdiyini, tәhlükәsizliyinә vә huzuruna zәrәr verә bilmәdiyini, birliyini vә bәrabәrliyini poza bilmәdiyini  vә iqtisadiyyatına zәrәr verә bilmәdiyini vurğulayıb.

‘‘Suriyanın şimalında terror dövlәti qurmaq istәdilәr. Biz buna imkan vermәdik. Milli imkanlarla istehsal etdiyimiz silahlarımız vә havadan müdafiә sistemlәrimizlә bu mübarizәni davam etdiririk vә iqtisadiyyatımız bütün bunlara baxmayaraq inkişaf etmәyә davam edir.’’,-deyә Rәcәb Tayyib Әrdoğan bildirib.

Türkiyә prezidenti hәmçinin qeyd edib ki, küçәlәrimizdә xaos mühiti raratmaq istәdilәr, amma biz onlara belә imkanı vermәdik. Çevrilişә cәhd etdilәr, amma biz xalqımızla birlikdә bunların qarşısını aldıq.



Әlaqәli Xәbәrlәr