Hulusi Akar Әl Cәzirә telekanalına müsahibә verib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Türkiyәnin  Amerika Birlәşmiş Ştatlarından F-35 döyüş tәyyarәlәrini almayacağı tәqdirdә başqa alternativ yollara uz tutacağını deyib.

1311060

Hulusi Akar Qətərin  Əl Cəzirə telekanalına müsahibә verib.

Türkiyәnin milli müdafiә naziri Akar  prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona etdiyi sәfәr çәrçivәsindә Amerika Birlәşmiş Ştatları  prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə F-35 məsələsini müzakirә etdiklәrini xatırladıb.

Türkiyənin hәmin programın  ortaqlarından biri olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini qeyd edәn Hulusi Akar deyib: ‘‘Biz ABŞ başda olmaqla bütün tәrәfdaşlarımızdan  bu mәsәlәyә eyni hәssasalığı göstәrmәlәrini gözlәyirik’’.

Әlaqәli Xәbәrlәr