Fatih Dönmәz:"Akkuyu" atom elektrik stansiyasını 2023-cü ildə istismara vermәyi hәdәflәyirik’’

Türkiyәnin enerji və təbii sәrvәtlәr naziri Fatih Dönmez   "Akkuyu" atom elektrik stansiyasını 2023-cü ildə istismara vermәyi hәdәflәdiklәrini  söylәyib.

1310923

Fatih Dönmez  Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında keçirilәn iclasda  Türkiyədə enerji tələbatının problemsiz ödәnilmәsi üçün fәaliyyәtlәrin  qətiyyətlə davam etdirildiyini ifadә edib.

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyәti (KKTC) arasına təbii qaz  boru xəttinin  qurulacağını ifadə edən Dönmәz bununla bağlı fәaliyyәtlәrin davam etdirildiyini deyib.

"Akkuyu" atom elektrik stansiyası mәsәlәsinә dә toxunan Fatih Dönmәz deyib: "Akkuyu" atom elektrik stansiyasının ilk fazasını  2023-cü ildə istismara vermәyi hәdәflәyirik’’. 

Fatif Dönmәz Şәrqi Aralıq dәnizindә tәbii qaz vә neftlә bağlı aparılan qazma fәaliyyәtlәrinә dә toxunaraq deyib ki, Türkiyә bu mövzuda geri addım atmayacaq.

“Milli gәmilәrimiz ilә 2020-ci ildə  5 әdәd quyu qazaraq bu istiqamәtdәki fәaliyyәtlәrimizi davam etdirәcәyik’’,- deyә Türkiyәnin enerji və təbii sәrvәtlәr naziri deyib.

Fatih dönmәz hәmçinin Türkiyənin təhdidlərə boyun əymәyәcәyini vә  Şərqi Aralıq dənizidəki haqqlarından vazkeçmәyәcәyini deyib.

Әlaqәli Xәbәrlәr