Türkiyə Niderlanda reaksiya verdi

Türkiyənin xarici terroristləri ölkələrinə deportasiya etməsinə münasibət bildirən Hollandiyaya sərt reaksiya verildi.

1310309
Türkiyə Niderlanda reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy mövzu ilə bağlı açıqlamasında: “ problemə daimi həll yolu tapmaq ölkələrinə ekstradisiya edilən terrorçuları vətəndaşlıqdan çıxarmaqla yox, onları ölkəyə qəbul edib və məhkəməyə çıxarmaqla mümkün olar. Türkiyənin qarşıdurma bölgələrində terror fəaliyyətlərinə qatılmış terrorist problemiylə bağlı mövqeyi məlumdur. Ekstradisiya edilən insanlar vətəndaşlıqdan məhrum edilməməli, əksinə ölkələrinə qəbul edilməli və orda islah olunmaları üçün lazımlı tədbirlər görülməlidir. Bu terrora qarşı birgə mübarizə hesab edilir. Münaqişə və qarşıdurma bölgələrində olduqları təsbit edilən əcnəbilər deportasiya edilməmiş müvafiq ölkələrə lazımlı məlumat verilir. Noyabrın 19-da Hollandiyaya deportasiya olunanlar haqqında da bu ölkə hökumətinə lazımlı məlumat verildi. DEAŞ-a qarşı mübarizədə uğurlu oluna bilmədiyi fikrindən müdafiə edən ölkələrin məsuliyyətdən yayındıqları aydın müşahidə olunur.

Qeyd edək ki, Niderland Ədalət və Təhlükəsizlik naziri Fred Grapperhaus terror təşkilatı DEAŞ üzvü iki qadının ölkəyə göndərilməməsi mövzusunda Türkiyəni qane edəbilmədiklirini söyləmişdi.

Nazir Terror təşkilatı DEAŞ üzvlərinin deportasiya edilməmələri üçün Türk həmkarını qane etmək üçün hər şeyi sınadığını lakin nəticə əldə edəbilmədiyini, 20 Noyabrda deportasiya işini reallaşdırmasını “böyük xəyal qırıqlığı” olaraq gördüyünü qeyd etmişdi.

 


Etiketlәr: #DEAŞ , #Niderlan

Әlaqәli Xәbәrlәr