Fәxrәddin Altun: ‘‘Türkiyә terror təşkilatlarına qarşı amansız mübarizә aparır’’

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin  terrora qarşı apardığı amansız mübarizә ilә bağlı açıqlama verib.

1310304

Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Fәxrәddin Altun Türkiyәnin ölkә daxilindә vә xaricindә terror tәşkilatı DEAŞ ilә mübarizәsini qәtiyyәtlә davam etdirdiyini deyib.

Fәxrәddin Altun  Syriya sәrhәdindәki vә Suriya daxilindәki  bütün terror tәşkilatlarına qarşı amansız mübarizә aparan Türkiyәnin mәqsәdinin bütün terror tәşkilatlarından tәmizlәnmiş tәhlükәsiz bölgәlәr yaratmaq olduğunu bildirib.

‘‘Tәhlükәsizliyimizlә bağlı qanuni hüquqlarımızı  görməzlikdən gәlәnlәr Türkiyənin terrora qarşı apardığı  əməliyyatlarını tənqid etmək hüququna malik deyil və terror təşkilatlarına verdikləri dəstəyi yenidәn nəzərdən keçirməlidirlәr. Terror təşkilatı DEAŞ-la mübarizә bәhanәsi ilә  bir terror təşkilatını 'ən yaxşı’’  olaraq adlandırmaq  NATO müttəfiqlərinə yaraşmır’’,-deyә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri qeyd edib.

Әlaqәli Xәbәrlәr