Akar: "Qadağan olunan heç bir silah-sursatdan yaxud kimyəvi silahdan istifadə etmədik"

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalında həyata keçirilən “Pəncə” adı altındakı əməliyyatlarla indiyədək 158 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

1310268

Gündəmə dair açıqlama verən Akar deyib: “Suriyadakı “Sülh çeşməsi” əməliyyatı nəticəsində isə təqribən 400 min suriyalı ölkəsinə qayıtdı, bölgə ümumilikdə terrordan təmizləndi. "Sülh çeşməsi” əməliyyatında indiyədək təqribən 1200 terrorçu zərərsiz hala gətirildi. Biz beynəlxalq hüquq və müqavilələr ilə qadağan olunan heç bir silah-sursatdan yaxud da kimyəvi silahdan istifadə etmədik, etmərik. Fəal olmayan terrorçu qruplar olmaqla yanaşı bölgə təmizlənib. Terrorçuların təcavüzləri davam edir. ABŞ və Rusiya ilə görüşmüzdə gündəmə gətiririk. Əməliyyatlar nəticəsində 4 min 300 kvadratkilometrlik sahə ilə 600 yaşayış məntəqəsi nəzarət altına alındı, M4 şose yolunda nəzarət məntəqələri istifadəyə verildi”.

Әlaqәli Xәbәrlәr