Türkiyə ABŞ-nın fələstinlilərin hüquqlarını  pozan  açıqlamasını qınadı

Prezident administrasiyasının sözçüsü İbrahim Kalın dünən təşkil etdiyi mətbuat konfransında ABŞ səlahiyyətlilərinin fələstinlilərin hüquqlarını pozan açıqlamalarına münasibət bildirib.

1309324
Türkiyə ABŞ-nın fələstinlilərin hüquqlarını  pozan  açıqlamasını qınadı

ABŞ-nın İordan Çayının Qərb Sahilindəki yəhudi məskunlaşmalarınin legitim olduğu sözlərinə reaksiya verən İbrahim Kalın, Fələstin xalqının hüquqlarını taptalayan şərhləri qınadığıni ifadə edərək: “İsrail işğalçı dövlətdir. Fələstin xalqının evlərini, zeytun bağlarını dağıdır. Bəs bu işğal deyil də nədir?. Bu işğalı legitimləşdirmək üçün atılan addımlar qarşısında ABŞ-nın beynəlxalq qanunlara zidd olan və Fələstin xalqının hüquqlarını heçə sayan açıqlamaları qəbul edilməzdir. BMT-nin bu mövzular ilə əlaqəli qəbul etdiyi onlarla qərar var. Türkiyə səbəbi hər nə olarsa olsun Fələstin ərazilərinin işğalını qəbul etmir və ABŞ-nın Yəhidi məskunlaşmalarının legitimliyinə dair açıqlamasını qınayır və Fələstin xalqının yanında olmaqda davam edir”-deyə Kalın vurğulayıb.

3-4 Noyabrda Amerikalı səlahiyyətlərlə İngiltərənin paytaxtı Londonda bir araya gələrək Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sistemləri mövzusunun müzakirə ediləcəyini xatırladan Kalın iki ölkə arasındakı problemlərin aradan qaldırılacağına inamının tam olduğunu qeyd edib ki,

S-400-lər NATO-nun müdafiə sistemləri üçün təhlükə yaradmır. Türkiyənin bundan imtina etməsi daha mümkün deyil. Bununla bağlı imzalanmış razılaşmalar var.



Әlaqәli Xәbәrlәr