“Türkiyə-Rusiya birgə patrul xidməti davam edir”, H.Akar

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Türkiyə-Rusiya birgə patrul xidmətinin davam etdiyini bildirib.

1309024
“Türkiyə-Rusiya birgə patrul xidməti davam edir”, H.Akar

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında Türkiyə-Rusiya birgə patrul xidmətinin davam etdiyini bildirib.

Akar Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında  iştirak etmək üçün gəldiyi Məclisdə jurnalistlərin suallarına cavab verib.

Terror təşkilatı YPG/PKK mənsubları tərəfindən Suriyanın şimalındakı Aynularab qəsəbəsində Türkiynin hərbi hissələrilə birgə patrul xidməti göstərən rus hərbi maşınlarına Molotof kokteyli atılmasını qiymətləndirən Akar “Patrul xidməti ruslarla qəbul etdiyimiz razılaşma çərçivəsində davam edir. Bundan başqa bir sıra çətinliklərimiz var. Bunları da yenə ruslarla görüş keçirərək həll etməyə cəhd göstəririk” deyə bildirib.

Lazımlı tədbirlərin dərhal görüldüyünü ifadə edən Akar “Ehtiyac olan əlavə tədbirləri də ruslarla görüş keçirərək həll etməyə səy göstəririk. Bunların hamısı həllini tapacaq” deyib.



Әlaqәli Xәbәrlәr