Ərdoğan: "ABŞ barışmaz mövqeyini davam etdirəcəyi təqdirdə Türkiyə başqa yollara üz tutacaqdır"

ABŞ F-35 barədə barışmaz mövqeyini davam etdirəcəyi təqdirdə Türkiyə başqa yollara üz tutmaq məcburiyyətində qalacaqdır.

1308975
Ərdoğan: "ABŞ barışmaz mövqeyini davam etdirəcəyi təqdirdə Türkiyə başqa yollara üz tutacaqdır"

ABŞ F-35 barədə barışmaz mövqeyini davam etdirəcəyi təqdirdə Türkiyə başqa yollara üz tutmaq məcburiyyətində qalacaqdır.

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında etdiyi çıxışda deyib.

ABŞ prezidenti Donald Tramp ilə görüşlərinə dair Ərdoğan deyib ki, keçirdiyimiz görüşlərdə aramızdaki bir çox məsələni kökündən həll edə bilmədik, amma bu məsələlərin əlaqələrimizi əsir götürməsinə də icazə verməyəcəyimizi bütün dünyaya göstərdik. F-35 barədə barışmaz mövqe davam etdirəcəyi təqdirdə Türkiyənin orta müddətdə ehtiyaclarını görmək üçün başqa yollara üz tutmaq məcburiyyətində qalacağını da söylədik.

Prezident Ərdoğan terror təşkilatı YPG/PKK-nı DEAŞ-a qarşı döyüşən bir təşkilat kimi göstərmək üçün cəhd göstərənlərin hazırda eyni təşkilatın mülki qətliamlarını ört-basdır etməyə cəhd göstərdiklərini vurğulayıb.

Suriyanın şimalında “Sülh çeşməsi” hərəkatı çərçivəsində nəzarət edilən yaşayış məntəqələrinin sayının 60-ı keçdiyini, zərərsizləşdirilən terrorçu sayının isə 1200-ə yaxınlaşdığını qeyd edən Ərdoğan “Ölkəmizə istiqamətli terror təhdidləri tamamilə sona çatanadək terrorla mübarizəmiz davam edəcəkdir” deyib.

Ərdoğan “ABŞ və Rusiyanın qəbul etdiyimiz razılaşmalara uyğun şəkildə, müəyyən etdiyimiz bölgələri terrorçulardan tamamilə təmizləmədiyi aydındır” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr