“Heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil”: Çavuşoğlu

Xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ın legitim olmayan yəhudi məskunlaşma qərarına münasibət bildirdi.

1309004
“Heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil”: Çavuşoğlu

Nazir Çavuşoğlu sosial media hesabından yaydığı açıqlamada: “Heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. Qanunlar ilə üst-üstə qəlməyən şərhlər gerçəyi əks eks etdirməz”-deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo dünən gecə yaydığı bəyanatında işğal altında olan İordan Çayının qərb sahilindəki yəhudi yaşayış məskənlərinin leqal olmadığını qəbul etmədiklərini, Donald Tramp rəhbərliyi olaraq  region ilə bağlı Barak Obama dövründə izlənilən siyasəti dəyişdirdiklərini bildrib və ABŞ-ın 39-cu prezidenti Cimmi Karter rəhbərliyinin 1978-ci ildə İsrailin mülki tənzimləmə təşəbbüslərinin beynəlxalq hüquqa uyğun olmadığı nəzərindən müdafiə etdiyini, ancaq ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın bu fikirə  qarşı olduğunu xatırladıb.

 



Әlaqәli Xәbәrlәr