Çavuşoğlu: "ABŞ və Rusiya razılaşmanın əsaslarını tam şəkildə yerine yetirmədi"

Xarici işlər naziri Mövlud Çavuşoğlu nəticə əldə edilməyəcəyi təqdirdə eynilə ABŞ ilə görüşlərdən sonra əməliyyata başlanıldığı kimi yenə də lazım olanın yerinə yetiriləcəyini bildirib.

1308639
Çavuşoğlu: "ABŞ və Rusiya razılaşmanın əsaslarını tam şəkildə yerine yetirmədi"

ABŞ və Rusiya Suriya şimalına dair qəbul edilən razılaşmanın əsaslarını tam şəkildə yerinə yetirmədi.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisi (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında etdiyi çıxışda deyib.

Çavuşoğlu terror təşkilatı YPG/PKK-nın Suriyanın şimalından təmizlənməsi barədə isə bildirib ki, nəticə əldə edilməyəcəyi təqdirdə eynilə ABŞ ilə görüşlərdən sonra əməliyyata başlanıldığı kimi yenə də lazım olan yerinə yetiriləcəkdir.

Çavuşoğlu Türkiyənin ABŞ və Rusiya arasında qalmış bir ölkə olmadığını vurğulayaraq, "Bizim hazırladığımız mətnləri müzakirə edərək razılıq əldə etdik və ya birgə bəyanat yaydıq. Nəticədə 5 gün ərzində iki ölkə ilə razılığa gəldik. Onlar bu razılaşmanın əsaslarına tamamilə əməl etmədilər. Ancaq razılaşmanın əsaslarına əməl etməliydilər. Buna görə də bir nəticə əldə etmədik. ABŞ ilə görüşlərdən sonra əməliyyata başlanıldığı kimi yenə də lazım olan yerinə yetiriləcəkdir. Başqa həll yolu yoxdur. Yaxınlığımızdakı terror təhlükəsini mütləq aradan qaldırmalıyıq” deyib.

Şərqi Aralıq dənizi məsələsinə dair Türkiyənin artıq sahədə olduğunu və sahədə olmasaydı bir nəticə əldə edə bilməyəcəyini dilə gətirən Çavuşoğlu həm Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin, (ŞKTC) həm də Türkiyənin haqqlarını müdafiə etdiklərini qeyd edib.

Çavuşoğlu onu da deyib ki, səlahiyyət sahələrinin müəyyən edilməsi mövzusunda, Şərqi Aralıq dənizi ətrafındakı bütün ölkələr olmadan atılan heç bir addımın əsası yoxdur. Hazırda bizim üçün əsas olan BMT-də qeydiyyatda olan dənizdibi ərazisidir.



Әlaqәli Xәbәrlәr