“Sülh çeşməsi” nəticəsində 988 partlayıcı maddə və 442 mina zərərsizləşdirildi

“Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə 988 ədəd partlayıcı maddə və 442 mina zərərsizləşdirilib.

1307675
“Sülh çeşməsi” nəticəsində 988 partlayıcı maddə və 442 mina zərərsizləşdirildi

 

  Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə kustar üsulla hazırlanmış 988 ədəd partlayıcı maddə və 442 mina aşkarlanaraq zərərsizləşdirilib.

  Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib. Açıqlamada daha sonra bildirilib: "Bölgədə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə minatəmizləmə əməliyyatları davam etdirilir".



Әlaqәli Xәbәrlәr