"Koalisiya üzvlərinin PKK-nın Suriyadakı qolu PYD/YPG-dən ayırmalarını gözləyirik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu DEAŞ Əleyhinə Koalisiya üzvlərindən terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-dən ayırmalarını gözlədiklərini söyləyib.

1306938
"Koalisiya üzvlərinin PKK-nın Suriyadakı qolu PYD/YPG-dən ayırmalarını gözləyirik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu DEAŞ Əleyhinə Koalisiya üzvlərindən terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-dən ayırmalarını gözlədiklərini söyləyib.

Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən DEAŞ Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri toplantısına qatılıb.

Çıxışında ABŞ-ı DEAŞ-ın terrorçubaşı Əl Bağdadinin ölü ələ keçirilməsi münasibətilə təbrik edən Çavuşoğlu deyib: “Bağdadinin ölü ələ keçirilməsində Türkiyənin də əhəmiyyətli rolu oldu. Türkiyə gələcəkdəki DEAŞ ilə mübarizəsi çərçivəsində 3 hissəli bir plan hazırladı. Bunlardan əvvəlincisi xarici terrorçuların və ailə üzvlərinin ölkələrinə geri verilməsini təmin etmək də daxil təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını gücləndirmək. Bizim bölgəmiz xarici terrorçu silahlılar üçün zibillik deyil və belə də olmamalıdır. Bu terrorçuların vətəndaşlıqdan çıxarılmaları təhlükəsizliyi təmin etmir, ayrıca bu ölkələri  məsuliyyətdən də azad etmir.  Türkiyənin planının ikinci hissəsi isə DEAŞ ideologiyasının əsas səbəblərinin müəyyən edilməsidir. Üçüncü hissə isə Koalisiyanın qanuni yerli tərəfdaşlarla birgə işləməsidir. PYD/YPG bir terror təşkilatlanmasıdır və belə rəftar göstərilməlidir. Koalisiya tərəfdaşlarımızdan PYD/YPG-dən özlərini ayırmalarını gözləyirik”.

“Sülh çeşməsi” əməliyyatı sayəsində PYD/YPG-nin bir terror dövləti qurma xəyalının puça çıxdığını dilə gətirən Çavuşoğlu bu əməliyyat ilə Suriyanın ərazi bütövlüyü və birliyinə töhfə verildiyini, Türkiyəyə yönəldilmiş uzun müddətdir mövcud olan terror təhdidinin uzaqlaşdırıldığını ifadə edib.



Әlaqәli Xәbәrlәr